“Real Madrid”in hücumçusu Kilian Mbappe İspaniya La Liqasının 15-ci turunda “Selta Viqo”ya 2:0 hesabı ilə məğlub olduqları oyunda sol barmağını sındırıb.
Bu barədə İdman.Biz Sport.es-ə istinadən xəbər verir.
Nəşrin məlumatına görə, fransız hücumçu İspaniya liqasının oyununda zədə alıb, lakin matçın qalan hissəsini tamamlayıb. O, 10 dekabrda Çempionlar Liqasının 6-cı turunda”"Mançester Siti”yə qarşı oynaya biləcək.
Xatırladaq ki, “Real Madrid”in müdafiəçisi Eder Militao da “Selta”ya qarşı matçda zədə alıb.
Bu mövsüm Mbappe klub və millidə 25 oyunda 30 qol vurub və yeddi məhsuldar ötürmə edib.
