“Bavariya” geridönüşlə qələbə qazanıb - VİDEO

Xəbərlər
29 Noyabr 2025 20:49
159
“Bavariya” geridönüşlə qələbə qazanıb - VİDEO

Almaniya Bundesliqasının 12-ci turunda “Bavariya” və “Sankt-Pauli” arasında keçirilən oyun başa çatıb.

İdman.Biz bildirir ki, oyun “Arena Münhen”də (Münhen) baş tutub.

Meydan sahibləri 3:1 hesabı ilə qələbə qazanıblar.

Andrea Untonci altıncı dəqiqədə qonaqları irəli çıxarıb, Rafael Gerreyro isə 44-cü dəqiqədə hesabı bərabərləşdirib. Luis Diaz 90+4-cü dəqiqədə münhenliləri irəli çıxarıb, Nikolas Cekson isə 90+7-ci dəqiqədə üçüncü qolu vurub.

Bu oyundan sonra “Bavariya” Almaniyanın yüksək liqasında 34 xalla birinci yerdədir. “Sankt-Pauli” yeddi xalla 17-ci yerdədir.

Turun digər oyunlarında “Verder”lə “Köln” qalibi müəyyən edə bilməyiblər - 1:1. “Union” isə doğma meydanşada “Haydenhaym”a uduzub - 1:2. “Hoffenhaym” evdə “Auqsburq”u darmadağın edib - 3:0.

İdman.Biz