Polşanın ali futbol liqası olan Ekstraklasa-2025/26 mövsümü misilsiz rəqabət və gözlənilməz nəticələrlə diqqət çəkir.
İdman.Biz xəbər verir ki, mövsümün yarısı tamamlandıqdan sonra turnir cədvəlinin lideri ilə sonuncu yerdə olan komanda arasında cəmi 11 xal fərq var. Bu isə o deməkdir ki, 18 komandanın hamısı həm çempionluq, həm də liqada qalmaq mübarizəsi aparır.

Turnirin ən böyük sürprizi lider “Visla”dır. Yayda iki illik fasilədən sonra elitaya qayıdan komanda hazırda cədvəldə birinci yerdədir. Mariuş Misura rəhbərliyində olan “Visla”nın qələbədən (7) çox heç-heçəsi (9) var və fasilədən əvvəl keçirilən son beş turun heç birində üç xal qazana bilməyib, buna baxmayaraq liderliyə yüksəlib.
Ölkənin ən titullu klubu olan “Legiya”nın durumu isə tam əksidir. Komanda turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb və vurulan qolların sayına görə (19) liqanın ikinci ən zəif kollektividir.
Hazırkı çempion “Lex” isə səkkizincidir. 13-cü yerdə gedən “Lexiya” isə maliyyə problemlərinə görə beş xaldan məhrum edilib.
