“Bavariya”dan möhtəşəm geridönüş və darmadağın, “Bayer”dən səfər qələbəsi - VİDEO

Xəbərlər
22 Noyabr 2025 20:49
22
“Bavariya”dan möhtəşəm geridönüş və darmadağın, “Bayer”dən səfər qələbəsi - VİDEO

Almaniya çempionatının 11-ci turunda “Bavariya” evdə “Frayburq”u 6:2 hesabı ilə darmadağın edib.

İdman.Biz bildirir ki, qonaqlardan 12 və 17-ci dəqiqələrdə Yuito Suzuki və Yohan Manzambi qol vuraraq komandalarını 2:0 hesabı ilə önə çıxarıblar. Bundan sonra meydan sahibləri altı qol vurublar. Lennart Karl (22), Maykl Olise (45+2, 84), Dayo Upamekano (55), Harry Keyn (60) və Nikolas Cekson (78) fərqləniblər.

“Bavariya”nın 31 xalı var və Bundesliqa turnir cədvəlinə başçılıq edir. “Frayburq” 13 xalla 10-cu yerdədir.

Paralel matçda “Bayer Leverkuzen” səfərdə “Volfsburq”u 3:1 hesabı ilə məğlub edib.

İdman.Biz