“Köln” rekord məbləğdə cəza alıb

13 Dekabr 2023 23:24
870
“Köln” rekord məbləğdə cəza alıb

“Köln” Almaniya çempionatları tarixində rekord cəzaya məruz qalıb.

İdman.biz xəbər verir ki, klub 595 min avro məbləğində cərimələnib.

Buna səbəb azarkeşlərin pirotexniki vasitələrdən istifadə etməsidir. Münhenqladbax “Borussiya”sı ilə oyunda “Köln” fanatlarının davranışı Almaniya Futbol İttifaqı (DFB) tərəfindən ciddi cəzalanıb. DFB həmin məbləğin 198 min avrosunu təhlükəsizlik tədbirlərinin artırılması məqsədilə kluba güzəşt edilib. Amma komandanın rəhbərliyi qərarla razılaşmayıb və onun yumşaldılmasını xahiş edib.

Qeyd edək ki, qarşılaşma “Köln”ün qələbəsi ilə yekunlaşıb. Komanda 10 xalla turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.

İdman.biz