UEFA “Bavariya”nın hücumçusu Luis Diası Çempionlar Liqasının ümumi mərhələsində PSJ ilə oyun zamanı fransızların müdafiəçisi Əşrəf Hakimiyə qarşı kobudluq etdiyinə görə Çempionlar Liqasının üç oyunundan kənarlaşdırıb.
İdman.Biz-in xəbərinə görə, jurnalist Kristian Falk bu barədə özünün X sosial media səhifəsində məlumat verib.
Mənbənin məlumatına görə, Münhen klubu oyunçunun bir oyunluq diskvalifikasiya olunacağını gözləyirmiş. Nəticədə, alman nəhəngi UEFA-nın qərarı üçün yazılı əsaslandırma tələb edib. “Bavariya” apelyasiya şikayəti vermək niyyətindədir.
Hücumçu yanvar ayının sonuna qədər Çempionlar Liqasında klubun heyətində oynaya bilməz.
Dias, Hakimiyə qarşı kobudluq etdiyinə görə, 45-ci dəqiqədə qırmızı vərəqə alıb. PSJ müdafiəçisinə topuq nahiyəsində burxulma diaqnozu qoyulub. Oyun isə 2:1 hesabı ilə “Bavariya”nın qələbəsi ilə bitib.
