ÇL: Qələbə "Milan"a kömək etməyib - VİDEO

Xəbərlər
14 Dekabr 2023 01:56
936
ÇL: Qələbə "Milan"a kömək etməyib - VİDEO

Bu gün Çempionlar Liqasının qrup mərhələsinə yekun vurulub.

İdman.biz xəbər verir ki, 1/8 finala yüksələcək son iki komandanın adına aydınlıq gəlib.

B qrupunda 3 komanda ikinci vəsiqə uğrunda yarışıb. İlk vəsiqənin sahibi Dortmund “Borussiya”sı öz meydanında PSJ ilə heç-heçə oynayıb. Qazanılan bir xal Paris klubunu 1/8 finala yüksəldib. Səfərdə “Nyukasl”a qalib gələn “Milan” bu qələbənin sevincini yaşaya bilməyib. Milanlılar PSJ ilə eyni xala malik olsalar da, şəxsi görüşlərə görə, fransalılar ikinci yeri tutublar. İtaliyalılar Avropa Liqasında mübarizəni dabam etdirəcəklər.

H qrupunda isə “Porto” və “Şaxtyor” ikinci vəsiqənin sahibini müəyyənləşdirib. Portuqaliyada keçirilən qarşılaşmada meydan sahibləri 5:3 hesabı ilə qələbə qazanıblar.

Çempionlar Liqası, qrup mərhələsi

VI tur, 13 dekabr
E qrupu
00:00. "Atletiko" - "Latsio" - 2:0

Qollar: Qrizmann, 6. Lino, 51
00:00. "Seltik" - “Feyenoord” - 2:1
Qollar: Palma, 33 (pen.). Laqerbielke, 90+1 - Minteh, 82.
Xal durumu: “Atletiko” – 14, “Latsio” – 10, “Feyenoord” – 6, “Seltik” – 4 xal.

F qrupu
00:00. "Borussiya” - PSJ - 1:1

Qollar: Adeyemi, 51 - Zaire-Emeri, 56

00:00. “Nyukasl” - “Milan” - 1:2

Qollar: Joelinton, 33 - Pulişiç, 59. Çukvueze, 84
Xal durumu: “Borussiya” – 11, PSJ – 8, “Milan” – 8, “Nyukasl” – 5 xal.

G qrupu

21:45. “Srvena Zvezda” - “Mançester Siti” - 2:3
Qollar:
Hvan Byem, 76. Katay, 90+1 - Hamilton, 19. Bobb, 62. Filips, 85 (pen.)

21:45. “Leypsiq” – “Yanq Boyz” - 2:1
Qollar:
Sesko, 51. Forsberq, 56 - Colley, 53
Xal durumu: “Mançester Siti” – 15, “Leyptsiq” – 9, “Yanq Boyz” – 4, “Srvena Zvezda” – 1 xal.

H qrupu
00:00. “Antverpen” - “Barselona” - 3:2

Qollar: Vermeeren, 2. Yanssen, 56. İlenikhena, 90+2 - Torres, 35. Quiu, 90+1
00:00. “Porto” - “Şaxtyor” - 5:3

Qollar: Qaleno, 9; 43. Taremi, 62. Pepe, 76. Koseysao, 82 - Sikan, 29. Eustaqiu, 73 (öz qapısına). Equinaldo, 88
Xal durumu: “Barselona” – 12, “Porto” – 12, “Şaxtyor” – 9, “Antverpen” – 3 xal.