Kurtua Ançelotti ilə Alonsonu müqayisə edib

Xəbərlər
21 Noyabr 2025 00:13
25
Kurtua Ançelotti ilə Alonsonu müqayisə edib

“Real Madrid”in qapıçısı Tibo Kurtua keçmiş məşqçi Karlo Ançelotti ilə hazırkı çalışdırıcı Xabi Alonsonu müqayisə edib.

İdman.Biz bildirir ki, Xabi Alonso cari mövsümün başlamasından əvvəl “Real Madrid”i idarə etməyə başlayıb. Ançelotti klubda 2013-cü ildən 2015-ci ilə qədər və yenidən 2021-ci ildən 2025-ci ilə qədər çalışıb.

“Ançelotti mənim üçün ata və ya baba kimi idi. Xabi daha müasirdir. Hər ikisi çox yaxşı məşqçilərdir, hər birinin öz üslubu var. Ançelotti üçün darıxdığımızı demək Xabiyə qarşı hörmətsizlik olardı. Alonso ilə yaxşı münasibətimiz var.

Bəzi oyunçuların az oynamalarından narazı qalması normaldır. Hər şey komandamız daxilində açıq şəkildə müzakirə olunur və heç bir problem yoxdur”, - deyə “Football Espana” Kurtuanın sözlərini sitat gətirir.

İdman.Biz