“Mançester Siti” “Nyukasl”ın sağ cinah müdafiəçisi Valentino Livramento ilə maraqlanır.
İdman.Biz TEAMtalk-a istinadən xəbər verir ki, “şəhərlilər” bu qış 23 yaşlı futbolçunu transfer etməyə cəhd edə bilərlər.
Mənbənin məlumatına görə, “Mançester Siti” Livramento üçün müqaviləyə pulla yanaşı, qapıçı Ceyms Traffordu da daxil etməyə hazırdır. “Sağsağanlar”ın 23 yaşlı qapıçı ilə maraqlandığı bildirilir. “Nyukasl” əvvəllər “Mançester Siti” akademiyasının məzununa yaxın olanlarla əlaqə saxlamışdı.
Trafford ötən yay “Siti”yə qoşulub və rəqabətdə Canluici Donnarummaya uduzub. İngilis futbolçu bu mövsüm bütün yarışlarda 450 dəqiqə oynayıb. Onun klubla hazırkı müqaviləsi 2030-cu ilin yayına qədərdir. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 30 milyon avrodur.
