“Arsenal”ın cinah oyunçusu Bukayo Saka klubla 2030-cu ilə qədər yeni uzunmüddətli müqavilə imzalamağa hazırdır.
Bu barədə İdman.Biz RMC Sport-a istinadən xəbər verir.
Nəşrin məlumatına görə, danışıqlar hələ də davam etsə də, hər iki tərəf müqavilənin uzadılacağına əmindir.
London klubunun rəhbərliyi 24 yaşlı futbolçunun bu ilin sonuna qədər yeni müqavilə imzalayacağına ümid edir. Sakanın hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir.
Saka bu mövsüm “Arsenal”ın heyətində bütün yarışlarda 14 oyunda iştirak edib və altı qol vurub. Transfermarkt-a görə, onun bazar dəyəri 140 milyon avrodur.
