Xorvatiya möhtəşəm geridönüş, Çexiyadan altı cavabsız top

Xəbərlər
18 Noyabr 2025 02:04
26
Xorvatiya möhtəşəm geridönüş, Çexiyadan altı cavabsız top

DÇ-2026-nın seçmə mərhələsində L qrupunda Monteneqro Xorvatiyanı qonaq edib.

İdman.Biz bildirir ki, matçda qonaqlar matçı 3:2 hesabı ilə qazanıblar.

Monteneqrolu yarımmüdafiəçi Milutin Osmayiç matçın ilk qolunu üçüncü dəqiqədə vurub. Nikola Krstoviç 17-ci dəqiqədə qonaqların qapısına daha bir qol vurub. İvan Perişiç qonaqların ilk qolunu ilk hissənin 37-ci dəqiqəsində penaltidən vurub. Kristian Yakiç ikinci hissənin 73-cü dəqiqəsində hesabı bərabərləşdirib. Nikola Vlaşiç isə oyunun 87-ci dəqiqəsində qonaqlara üstünlük qazandırıb.

Səkkiz oyundan sonra Monteneqro doqquz xala malikdir və L qrupunda dördüncü yerdədir. Xorvatiya səkkiz oyunda 22 xal qazanıb və artıq ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatına vəsiqə qazanıb.

Qrupun digər oyununda Çexiya millisi Cəbəlüttariqlə qarşılaşıb.

Oyun çexiyalıların 6:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Çexiya yekunda 16 xal toplayaraq DÇ-2026-ya çıxmaq uğrunda pley-offda oynamaq hüququnu qazanıb. Cəbəlüttariq seçmə mərhələni 0 xalla başa vurub.

İdman.Biz