DÇ-2026-nın seçmə mərhələsinin G qrupunun Niderland və Litva arasında keçirilən oyun başa çatıb.
İdman.Biz bildirir ki, Amsterdam şəhərindəki “Yohan Kruiff” arenasında baş tutub. Maydan sahibləri komanda 4:0 hesabı ilə qələbə qazanıblar.
Yarımmüdafiəçi Teyani Reynders matçın ilk qolunu 16-cı dəqiqədə vurub. İkinci hissədə cinah oyunçusu Kodi Qakpo 58-ci dəqiqədə Niderlandın üstünlüyünü artırıb, Xavi Simons 60-cı dəqiqədə hesabı 3:0-a çatdırıb. İki dəqiqə sonra Donyell Malen ev sahibi komandanın dördüncü qolunu vurub.
Səkkiz oyundan sonra Litva üç xala sahibdir və G qrupunda beşinci yerdədir. Niderland səkkiz oyundan 20 xal qazanaraq birinci yeri tutub. Bu qələbə ilə komanda dünya çempionatına vəsiqə qazanıb.
Bu qrupun daha bir oyunu Malta və Polşa yığmaları arasında keçirilib.
Qarşılaşma 3:2 hesabı ilə polyakların xeyrinə başa çatıb.
Bu oyundan sonra Malta G qrupunda beş xalla dördüncü yeri tutub. Polşa isə 17 xalla ikinci yerdə qərarlaşıb və dünya çempionatına vəsiqə qazanmaq üçün pley-off mərhələsində oynayacaq.
