Xorvatiya DÇ-2026-ya vəsiqə qazanıb, Monteneqro isə autsayderdən üstün olub - VİDEO

Xəbərlər
15 Noyabr 2025 01:54
32
Xorvatiya DÇ-2026-ya vəsiqə qazanıb, Monteneqro isə autsayderdən üstün olub - VİDEO

DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Xorvatiya Farer adalarını qəbul edib.

İdman.Biz bildirir ki, meydan sahibləri matçda 3:1 hesabı ilə qələbə qazanıblar.

Qonaqların yarımmüdafiəçisi Geza David Turi matçın ilk qolunu 16-cı dəqiqədə vurub. Xorvatiya 23-cü dəqiqədə müdafiəçi Yoşko Qvardiolun vurduğu qolla hesabı bərabərləşdirib. İkinci hissədə meydan sahiblərinin hücumçusu Petar Musa komandasına üstünlük qazandırıb. Nikola Vlaşiç isə 70-ci dəqiqədə hesabı 3:1 edib.

L qrupunda daha bir oyun Cəbəlüttariqlə Monteneqro arasında olub. Qarşılaşma 2:1 hesabı ilə Monteneqronun qələbəsi ilə biitb.

Farer adaları səkkiz oyundan 12 xalla L qrupunda üçüncü yerdədir. Xorvatiya yeddi oyundan 19 xalla turnir cədvəlinin başındadır. Zlatko Daliçin komandası bu qələbə sayəsində 2026-cı il dünya çempionatına vəsiqə qazanıb.

Monteneqronun 9 xalı var, Cəbəlüttariq isə bir xal belə qazanmayıb.

İdman.Biz