Warning: opendir(/home/idmanbiz/www/cache/): failed to open dir: No such file or directory in /home/idmanbiz/www/classes/Cache/Lite.php on line 642
Ronaldonun meydandan qovulduqdan sonra İrlandiyanın baş məşqçisinə nə dediyi məlum olub - İdman və Biz

Ronaldonun meydandan qovulduqdan sonra İrlandiyanın baş məşqçisinə nə dediyi məlum olub

Xəbərlər
14 Noyabr 2025 22:01
28
Ronaldonun meydandan qovulduqdan sonra İrlandiyanın baş məşqçisinə nə dediyi məlum olub

İrlandiya millisinin baş məşqçisi Heymir Hallqrimsson Portuqaliya millisinin hücumçusu və kapitanı Kriştiano Ronaldonun qırmızı vərəqə aldıqdan sonra ona dediklərini açıqlayıb.

İdman.Biz bildirir ki, DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində İrlandiya – Portuqaliya matçı 2:0 hesabı ilə meydan sahiblərinin xeyrinə qurtarıb. Oyunun 59-cu dəqiqəsində Kriştiano Ronaldo qırmızı vərəqə alaraq meydanşadan qovulub.

“O, hakimə təzyiq göstərdiyim üçün məni təriflədi. Qırmızı vərəqəyə səbəb olan onun (Ronaldonun) meydandakı hərəkətləri idi. Onun beyninə girməmişəm, ona görə də mənim bununla heç bir əlaqəm yoxdur”, - The Sun qəzeti Hallqrimssondan sitat gətirib.

Ronaldo qırmızı vərəqədən sonra yan xəttdə İrlandiya məşqçisi ilə mübahisəyə girib.

Beş oyundan sonra Portuqaliyanın 10 xalı var və birinci yerdədir. İrlandiya Respublikasının isə yeddi xalı var və F qrupunda üçüncü yerdədir.

İdman.Biz