“Borussiya Dortmund”un oyunçusu ilə İngiltərə Premyer Liqasında maraqlanırlar

Xəbərlər
14 Noyabr 2025 01:24
24
“Borussiya Dortmund”un oyunçusu ilə İngiltərə Premyer Liqasında maraqlanırlar

“Mançester Yunayted” futbol agenti Jorje Mendeşdən “Borussiya Dortmund”un cinah oyunçusu Kərim Adeyemi haqqında məlumat istəyib.

İdman.Biz xəbər verir ki, bu barədə jurnalist Florian Plettenberq özünün X sosial media səhifəsində məlumat verib.

Məlumata görə, “Borussiya” 23 yaşlı cinah oyunçusu ilə müqavilənin uzadılması üçün çalışsa da, hələlik razılıq əldə edilməyib. Adeyemi və Mendeş yeni müqaviləyə ləğv olunma təqdirində ödəniş bəndinin daxil edilməsini istəyirlər.

Bu mövsüm almaniyalı oyunçu bütün yarışlarda 14 oyunda meydana çıxıb, üç qol vurub və üç məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir. “Transfermarkt” portalındakı məlumata görə, oyunçunun bazar dəyəri 60 milyon avrodur.

İdman.Biz