Kriştiano Ronaldo: “İrlandiya azarkeşləri məni fitə basacaqlar”

Xəbərlər
13 Noyabr 2025 20:50
49
Kriştiano Ronaldo: “İrlandiya azarkeşləri məni fitə basacaqlar”

Portuqaliya millisinin hücumçusu və kapitanı Kriştiano Ronaldo inanır ki, İrlandiya milli komandasının azarkeşləri Dublin şəhərindəki “Aviva” stadionunda keçiriləcək DÇ-2026 seçmə oyunu zamanı onu fitə basacaqlar.

İdman.Biz bildirir ki, oyun bu gün saat 23:45-də başlayacaq.

“Əlbəttə ki, stadionda fitə basılacağam. Ümid edirəm ki, bu, digər oyunçuların üzərindəki təzyiqi aradan qaldıracaq. Bilirik ki, bu matç həlledici deyil, amma bu, tam olaraq elə deyil, çünki qələbə dünya çempionatı vəsiqə qazanmağımız demək olacaq.

Əgər bir komanda daim müdafiə olunursa, hakimin oyunu qorumağa çalışması məntiqlidir. Düşünürəm ki, oyunun keyfiyyəti və oyunçular hər şeydən üstün olmalıdır. Amma bunlar sadəcə sözlərdir. Ümid edirəm ki, Portuqaliya yaxşı oynayaraq hər şeyin öhdəsindən gələcək”, - Ronaldo bildirib.

İdman.Biz