Vinisius Heyseni tənqid edib: “Sənin uzun ötürmələrin kimə lazımdır?”

Xəbərlər
11 Noyabr 2025 20:38
25
Vinisius Heyseni tənqid edib: “Sənin uzun ötürmələrin kimə lazımdır?”

“Real Madrid”in cinah hücumçusu Vinisius Junior İspaniya liqasının 12-ci turunda “Rayo Valyekano” ilə 0:0 hesablı heç-heçə ilə bitən oyun zamanı komanda yoldaşı Din Heyseni tənqid edib.

İdman.Biz bildirir ki, braziliyalı futbolçu “Real”ın müdafiəçisinin etdiyi uzun ötürmələrin sayından narazı qalıb.

"Sən həmişə uzun ötürmələrlə oynamağa çalışırsan. Bu kimə lazımdır?”, - deyə “Marca” Vinisiusun sözlərini sitat gətirir.

Qeyd olunur ki, matçın sonuna yaxın "Real Madrid"in hücumçusu deyib: “Aman Tanrım, biz deyəsən, qalib gəlmək istəmirik”.

İspaniya liqasının 12 turundan sonra Madrid klubu 31 xalla birinci yerdədir. “Rayo Valyekano”nun 15 xalı var və 11-ci yerdədir.

İdman.Biz