Arda Gülər barədə iddialar gündəmdədir

Xəbərlər
10 Noyabr 2025 01:05
31
Arda Gülər barədə iddialar gündəmdədir

İspaniya mətbuatı “Real Madrid”in futbolçusu Arda Gülərlə bağlı yeni məlumatlar yayıb.

İdman.Biz xəbər verir ki, Xabi Alonsonun gəlişindən sonra komandanın oyun modelində mühüm yer tutan türk yarımmüdafiəçi son həftələr tənqidlərin hədəfində olub.

Məlumatlarda bildirilir ki, Gülərin tənqid hədəfi olmasına səbəb fiziki yüklənməyə tam uyğunlaşmaması və qarşılaşmaları 90 dəqiqə oynamamasıdır. İddialara görə, futbolçu aldığı tənqidlərdən sonra özünə qapanmağa meyil göstərib və komandadakı ünsiyyəti azalıb.

“Soyunma otağında bununla bağlı danışılır. Hesab edilir ki, Güler tənqidlərə sərt reaksiya verir və bu, onu bəzən komanda mühitindən uzaqlaşdırır”, - deyə İspaniya mediyası yazır.

Baş məşqçi Xabi Alonsonun da son həftələr Arda Gülərdən fiziki hazırlığı artırmağı və məşqlərdə daha stabil çıxış etməyi tələb etdiyi vurğulanır. Mütəxəssis futbolçuya yalnız texniki bacarıqla komandada daimi yerin təmin olunmayacağını bildirib.

“El Nacional” nəşrinin dərc etdiyi xəbər bir qrup azarkeş və futbol ictimaiyyəti tərəfindən “ədalətsiz yanaşma” kimi qiymətləndirilib. Onlar Gülərin 15 oyunda 9 məhsuldar ötürmə etməsini nümunə göstərərək, tənqidlərin həddindən artıq olduğunu bildiriblər.

İdman.Biz