A Seriyası: Üç oyun qolsuz bərabərliklə başa çatıb

Xəbərlər
8 Noyabr 2025 23:40
26
A Seriyası: Üç oyun qolsuz bərabərliklə başa çatıb

İtaliya A Seriyası mövsümünün 11-ci turunda “Yuventus” “Torino” ilə qarşılaşıb.

İdman.Biz bildirir ki, oyun qolsuz heç-heçə ilə başa çatıb.

Bu o deməkdir ki, “Yuventus” yeni baş məşqçi Luçano Spallettinin rəhbərliyi altında üçüncü oyununda 19-cu xalını qazanıb. Komanda Seriya A turnir cədvəlində birinci yerdən üç xal geridə qalaraq beşinci pillədədir.

“Torino” isə hazırda liqada 11-ci yerdədir. Marko Baroninin komandası ilk 11 oyunda 14 xal qazanıb.

Turun digər qarşılaşmasında “Leççe” və “Verona” üz-üzə gəliblər. Qarşılaşma qolsuz bitib.

Bu gün baş tutan digər oyunda da qapılara qol vurulmayıb. Söhbət “Komo” “Kalyari” oyunundan gedir.

İdman.Biz