“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola komandasının Premyer Liqanın 11-ci turunda “Liverpul”la qarşılaşmasından əvvəl şərh verib.
İdman.Biz bildirir ki, bu oyun ispan məşqçinin karyerasında 1000-ci oyun olacaq.
“Əgər belə bir şəxsi yubiley üçün rəqib seçə bilsəydim, “Liverpul” ən yaxşı seçim olardı. Mən bu ölkədə uzun müddətdir yaşayıram. Əlbəttə ki, “Barselona” həyatımın vacib bir hissəsidir. Mən orada top daşıyan, oyunçu və məşqçi kimi olmuşam.
“Bavariya” inanılmaz bir mərhələ idi. Amma “Liverpul” - xüsusən də Yurgen Kloppun rəhbərliyi altında - bu ölkədəki əsas rəqibimizdir. Bundan daha yaxşısı ola bilməzdi. Tale belədir, kainatın iradəsi belədir. Ümid edirəm ki, azarkeşlərimiz stadionda yubileyimi qeyd etməyə gələcəklər və birlikdə ciddi rəqibi məğlub edə bilərik”, - Qvardiola klubun rəsmi saytında bildirib.
İngiltərə Premyer Liqasında 10 oyundan sonra “Liverpul” 18 xalla turnir cədvəlində üçüncü yerdədir. “Mançester Siti” isə 19 xalla ikinci yerdədir.
