Daniele De Rossi “Cenoa”nın baş məşqçisi oldu

Xəbərlər
6 Noyabr 2025 21:31
30
Daniele De Rossi “Cenoa”nın baş məşqçisi oldu

“Roma” klubunun keçmiş baş məşqçisi Daniele De Rossi “Cenoa” komandasının çalışdırıcısı təyin edilib.

Bu barədə İdman.Biz Genuya klubunun saytına istinadən məlumat verir.

De Rossi bu vəzifədə Patrik Vieyranı əvəz edəcək. Mediada yayılan məlumatlara görə, məşqçi 2025/26 mövsümünün sonuna qədər müqavilə imzalayıb və “Cenoa” A Seriyasında qalacağı təqdirdə müqaviləni uzatmaq hüququna malikdir.

Fransalı Vieyra 2024-cü ilin noyabr ayından “Cenoa”nın baş məşqçisi olub. Cari Seriya A mövsümündə “Cenoa” altı xala malikdir və hazırda 18-ci yerdədir.

De Rossi 2024-cü ildə “Roma”nın baş məşqçisi olub, həmçinin İtaliya milli komandasında da çalışıb.

İdman.Biz