UEFA Çempionlar Liqasında həftənin simvolik komandasını təqdim edib

Xəbərlər
6 Noyabr 2025 20:32
34
UEFA Çempionlar Liqasında həftənin simvolik komandasını təqdim edib

Avropa Futbol Assosiasiyaları Birliyi (UEFA) özünün sosial media səhifəsində bu həftənin Çempionlar Liqasının ən yaxşı oyunçularından ibarət simvolik komandasını təqdim edib.

İdman.Biz bildirir ki, heyətə turnirin debütantı “Pafos”un oyunçusu da daxil edilib.

Heyəti təqdim edirik:

Qapıçı: Manuel Noyer (“Bavariya”).

Müdafiəçilər: Derrik Lukkassen (“Pafos”), Robin Kox (“Ayntraxt Frankfurt”), Karlos Auqusto (İnter”).

Yarımmüdafiəçilər: Karlos Forbes (“Brügge”), İbrahima Maza (“Bayer Leverkuzen”), Aleksis Makallister (“Liverpul”), Davide Zappakosta (“Atalanta”), Filip Foden (“Mançester Siti”).

Hücumçular: Viktor Osimhen (“Qalatasaray”), Mikel Merino (“Arsenal”).

Builki Çempionlar Liqasının finalı Budapeştdəki “Puskas Arena”da keçiriləcək. Yarışın həlledici oyunu 30 may 2026-cı ildə baş tutacaq.

İdman.Biz