Suares Messi ilə eyni klubda oynaya bilər: “Qərar verməliyəm”

Xəbərlər
11 Dekabr 2023 12:28
451
Suares Messi ilə eyni klubda oynaya bilər: “Qərar verməliyəm”

Braziliyanın "Qremio" klubunun futbolçusu Luis Suares karyerasını MLS-də davam etdirə bilər.

İdman.biz xəbər verir ki, urquvaylı hücumçu "İnter Mayami"yə keçməyə yaxındır.

“Qremio” ilə müqaviləsi gələn il yanvarın 1-də başa çatacaq Suares gələcək planları barədə geniş danışmasa da, bildirib ki, müqaviləsi bitdikdən sonra hansı kluba keçəcəyi ilə bağlı təklifləri çoxdur.

Ulduz futbolçu əlavə edib ki, “İnter Mayami”yə keçidi mümkündür: “Dünyanın ən yaxşı oyunçusu, gələcək planlarımızı müzakirə etdiyim gözəl dostum Lionel Messi oradadır. Lakin bir az istirahətə ehtiyacım var, dincəlib sonra qərar verməliyəm”.

Qeyd edək ki, hələ Braziliya çempionatı başa çatmamışdan əvvəl də Luisin “İnter Mayami”yə keçidi ilə bağlı məlumatlar yayılmışdı.

İdman.biz