Avropanın bu mövsüm uduzmayan yeganə klubu - “Qarabağ”ın rəqibi

Xəbərlər
11 Dekabr 2023 10:57
219
Avropanın bu mövsüm uduzmayan yeganə klubu - “Qarabağ”ın rəqibi

Bundesliqada turnir cədvəlinə başçılıq edən "Bayer" 2023/2024 mövsümdə Almaniyada, eləcə də Avropada məğlub olmayan yeganə klubdur.

İdman.biz xəbər verir ki, Leverkuzen təmsilçisi 14 matçda 36 xal toplayıb.

Avropa Liqasının qrupunda “Qarabağ”ın rəqibi olan almanlar Bundesliqanın 14-cü turunda "Ştutqart"la heç-heçə ediblər - 1:1.

Onlardan öncə “məğlubedilməz” hesab edilən “Bavariya” isə 32 xalla ikinci pillədə qərarlaşıb.

İdman.biz