“Başakşehir” Şomurodovun qolu ilə “Kocaelispor”u məğlub edib

Xəbərlər
1 Noyabr 2025 00:20
42
“Başakşehir” Şomurodovun qolu ilə “Kocaelispor”u məğlub edib

Türkiyə Superliqasının 11-ci turu çərçivəsində “Başakşehir” “Kocaelispor”u qəbul edib.

İdman.Biz bildirir ki, oyun 1:0 meydan sahiblərinin qələbəsi ilə qurtarıb.

“Başakşehir”in yeganə qolunu 90+1-ci dəqiqədə penaltidən Eldor Şomurodov vurub.

Bu, İstanbul klubunun bu mövsüm öz meydançasında ilk qələbəsidir.

“Başakşehir” bu qələbədən sonnra 13 xalla 9-cu yerdədir. “Kocaelispor” isə 11 xalla 11-ci yerdə qərarlaşıb.

Turnir cədvəlinə 28 xalla “Qalatasaray” başçılıq edir.

İdman.Biz