Patrik Vieyra “Cenoa”nın baş məşqçisi vəzifəsindən kənarlaşdırıla bilər

Xəbərlər
30 Oktyabr 2025 22:47
35
Patrik Vieyra “Cenoa”nın baş məşqçisi vəzifəsindən kənarlaşdırıla bilər

“Cenoa” klubunun baş məşqçisi Patrik Vieyra komandanın hazırkı nəticələrinə görə vəzifəsindən ayrıla bilər.

Bu barədə İdman.Biz “Football Italia”ya istinadən məlumat verir.

Məlumata əsasən, 3 noyabrda “Sassuolo” və 9 noyabrda “Fiorentina” ilə keçiriləcək matçlar baş məşqçi üçün həlledici ola bilər.

“Cenoa” hazırda üç xalla İtaliya Seriya A turnir cədvəlinin sonuncu pilləsindədir. Bu mövsüm komanda hələ heç bir oyunda qalib gələ bilməyib, üç heç-heçə edib və altı dəfə məğlub olub.

Patrik Vieyra 2024-cü ilin noyabr ayının sonlarında Genuya klubuna rəhbərlik etməyə başlayıb. Onun rəhbərliyi altında komanda ötən mövsüm İtaliya çempionatında 13-cü yeri tutub.

İdman.Biz