“Roma” İtaliya A Seriyasının doqquzuncu turunda “Parma”nı 2-1 hesabı ilə məğlub edib.
İdman.Biz-in məlumatına görə, oyun Romadakı “Stadio Olimpico” stadionunda baş tutub.
63-cü dəqiqədə Mario Ermoso hesabı açıb, 81-ci dəqiqədə isə Artyom Dovbik ev sahibi komandanın üstünlüyünü ikiqat artırıb. Qonaqlar yalnız 86-cı dəqiqədə Alessandro Çirkatinin vurduğu bir qolla cavab verə biliblər.
Bu qələbə ilə “Roma” 21 xalla İtaliya çempionatının turnir cədvəlində ikinci yerdədir. 7 xallı “Parma” 15-ci yerdə qərarlaşıb.
Növbəti turda “Roma” “Milan”la, “Parma” isə “Bolonya” ilə qarşılaşacaq.
