“Bizdə bir nömrə yoxdur” - Arteta “Arsenal”ın qapıçıları haqqında

Xəbərlər
29 Oktyabr 2025 04:11
38
“Bizdə bir nömrə yoxdur” - Arteta “Arsenal”ın qapıçıları haqqında

“Brayton”la Liqa Kubokunun 1/8 final mərhələsi matçından əvvəl “Arsenal”ın baş məşqçisi Mikel Arteta ehtiyat qapıçı Kepa Arrizabalaqanın komandaya təsiri barədə danışıb.

İdman.Biz bildirir ki, o, bu barədə klubun rəsmi saytına bildirib.

“Bizim bir nömrəli qapıçımız yoxdur. Hər kəs öz yerini qazanmalıdır. David Raya möhtəşəm idi, amma Kepa rəqabətə hazır şəkildə gəldi. Onun iş etikası hər kəs üçün nümunədir. O, hər şeyi qazanıb, “Real Madrid”, “Çelsi” və milli komandada oynayıb. Buna baxmayaraq, hər gün elə çalışır ki, sanki həyatının ən vacib məşqini edir. Əgər sabah çıxsaydı, əminəm ki, parlaq oynayardı.

Onların qarşılıqlı fəaliyyəti və qapıçı qrupundakı atmosfer xüsusidir. Bu, unikal bir mühitdir və Kepa həqiqətən ümumi səviyyənin yüksəlməsinə kömək etdi”, - Arteta deyib.

“Çelsi”dən gələn ispan qapıçı bu mövsüm bir oyun keçirib və Liqa Kubokunda “Port Veyl” üzərində 2-0 hesablı qələbə qazandıqları oyunda qapısını toxunulmaz saxlayıb.

İdman.Biz