“Milan” 90+3-cü dəqiqədən məğlubiyyətdən canını qurtarıb - VİDEO

Xəbərlər
25 Oktyabr 2025 00:57
45
“Milan” 90+3-cü dəqiqədən məğlubiyyətdən canını qurtarıb - VİDEO

İtaliya A Seriyasının 8-ci turunun “Milan” və “Piza” komandaları arasında keçirilən oyun başa çatıb.

İdman.Biz bildirir ki, oyun Milandakı “San Siro” (“Cüzeppe Meazza”) stadionunda baş tutub. Qarşılaşma 2-2 hesabı ilə başa çatıb.

“Rossoneri”nin hücumçusu Rafael Leao 7-ci dəqiqədə hesabı açıb. 60-cı dəqiqədə yarımmüdafiəçi Xuan Kuadrado penalti zərbəsi ilə hesabı bərabərləşdirib. 86-cı dəqiqədə hücumçu M'bala Nzola “Piza”nı irəli çıxarıb. 90+3-cü dəqiqədə “Milan”ın müdafiəçisi Zakari Atekame oyunun yekun hesabını müəyyən edib.

İtaliya çempionatında səkkiz oyundan sonra Massimiliano Alleqrinin komandası 17 xalla birinci yerdədir. “Piza”nın dörd xalı var və 18-ci yerdə qərarlaşıb.

İdman.Biz