Bruno Fernandeş “Mançester Yunayted”lə Premyer Liqa və Çempionlar Liqasını qazanmaq arzusundadır

Xəbərlər
25 Oktyabr 2025 06:10
44
Bruno Fernandeş “Mançester Yunayted”lə Premyer Liqa və Çempionlar Liqasını qazanmaq arzusundadır

“Mançester Yunayted”in kapitanı Bruno Fernandeş məqsədlərinə çatana qədər klubdan ayrılmaq niyyətində olmadığını bildirib.

İdman.Biz-in məlumatına görə, o, həyat yoldaşının verdiyi sual ətrafında düşünməyə məcbur olub.

“Hər kəs bilir ki, məqsədim “Mançester Yunayted”lə Premyer Liqa və Çempionlar Liqasını qazanmaqdır. Amma bunun baş tutub-tutmayacağını deyə bilmərəm. Yayda Səudiyyə Ərəbistanından təklif almışdım və həyat yoldaşıma bu barədə danışanda o, soruşdu: “Bu klubda istədiyin hər şeyə nail olmusan?” O bilir ki, yox”, - portuqaliyalı yarımmüdafiəçi etiraf edib.

Yarımmüdafiəçi şübhələrinə baxmayaraq, komandanın uğur qazanması üçün səy göstərməyə davam edəcəyini söyləyib.

“Nə həyat yoldaşım, nə də mən buna nail ola biləcəyimə əmin deyilik, lakin cəhd etməsəm, bu, baş tutmayacaq”, - Fernandeş əlavə edib.

İdman.Biz