Konfrans Liqasının yarımçıq qalmış oyununda “Rieka” qalib gəlib

Xəbərlər
24 Oktyabr 2025 22:57
32
Konfrans Liqasının yarımçıq qalmış oyununda “Rieka” qalib gəlib

Bu gün UEFA Konfrans Liqasının ikinci turu çərçivəsində Xorvatiyanın “Rieka” və Çexiyanın “Sparta Praqa” komandaları arasında matç davam etdirilib.

İdman.Biz bildirir ki, bu komandalar arasında dünən keçirilən oyun ilk hissədən sonra əlverişsiz hava şəraiti səbəbindən dayandırılmışdı. İlk hissədə qapılara qol vurulmamışdı.

Bu gün komandalar ikinci hissəni oynayıblar və Balkan komandası Daniel Adu-Adjeinin 75-ci dəqiqədəki qolu sayəsində 1-0 hesabı ilə qalib gəlib.

Bu matçdan sonra “Rieka” üç xalla Konfrans Liqasının turnir cədvəlində 19-cu yerə yüksəlib. Üç xalı olan “Sparta Praqa” isə 15-ci yerdədir.

İdman.Biz