Avropa Liqasının üçüncü turunda “Selta Viqo” öz meydançasında “Nitsa” klubunu qəbul edib.
İdman.Biz bildirir ki, oyun İspaniya klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Qolları meydan sahiblərindən Yaqo Aspas 2-ci dəqiqədə və Koco Opponq 75-ci dəqiqədə vurublar. Qonaqların qoluna Məhəmməd-Əli Şo 15-ci dəqiqədə imza atıb.
“Selta” üç oyundan sonra 6 xal toplayıb. Fransa klubunun isə 3 xalı var.
