Yamal Çempionlar Liqasında 25 oyun keçirən ən gənc futbolçudur

Xəbərlər
22 Oktyabr 2025 09:08
35
Yamal Çempionlar Liqasında 25 oyun keçirən ən gənc futbolçudur

Çempionlar Liqasının ümumi mərhələsinin 3-cü turunda “Olimpiakos”a qarşı matç “Barselona”nın hücumçusu Lamin Yamal üçün bu yarışda 25-ci oyun olub.

İdman.Biz-in məlumatına görə, oyun “Barselona”nın “Olimpiakos” üzərində 6:1 hesablı qələbəsi ilə nəticələnib.

Beləliklə, Yamal Avropanın baş klub turnirində 25 oyuna çatan ən gənc oyunçu kimi tarixə düşüb. “Squawka”nın məlumatına görə, Yunanıstan komandası ilə oyun zamanı Yamalın 18 yaşı və 100 günü tamam olub.

Çempionlar Liqasında 25 oyun keçirən ən gənc oyunçular bunlardır:

1. Lamin Yamal (18 yaş, 100 gün).
2. Uorren Zair-Emeri (19 yaş, 32 gün).
3. Sesk Fabreqas (19 yaş, 292 gün).
4. Anderson Oliveyra (19 yaş, 326 gün).
5. Bojan Krkiç (20 yaş, 32 gün).

İdman.Biz