Fransanın PSJ futbol klubunun azarkeşləri komandanın qapıçısı Lukas Şevalye ilə bağlı ironik aksiya başladıb.
İdman.Biz xəbər verir ki, fanatlar futbolçunu transfer etmək və Fransanın 5-ci divizionuna göndərmək məqsədilə vəsait toplamağa girişiblər.
Buna səbəb qolkiperin iki gün əvvəl keçirdiyi uğursuz oyun olub.
Şevalye qarşılaşma boyunca bir sıra kobud səhvlərə yol verib. Oyunun ən yadda qalan epizodu isə 90+2-ci dəqiqədə qeydə alınıb. Qapıçı zərbəni birbaşa qarşısına dəf edib və top Luis Suaresin(“Sportinq”in futbolçusu – red.) başı üzərinə düşüb.
Nəticədə həmin epizod həlledici məqamlardan biri kimi qiymətləndirilib. Qarşılaşmadan sonra Şevalye qəzetlərin və idman portallarının versiyasına əsasən oyunun ən zəif futbolçusu seçilib.
Məlumat üçün qeyd edək ki, PSJ yeddi turdan sonra 13 xalla Çempionlar Liqasının ümumi turnir cədvəlində beşinci yerdədir.
