“Kayrat” azlıqda qalan “Pafos”un müqavimətini qıra bilməyib - VİDEO

Xəbərlər
21 Oktyabr 2025 23:02
43
“Kayrat” azlıqda qalan “Pafos”un müqavimətini qıra bilməyib - VİDEO

Çempionlar Liqasının 2025/2026 mövsümünün 3-cü turunda “Kayrat” “Pafos”u qəbul edib.

İdman.Biz bildirir ki, Qazaxıstanın Almatı şəhərindəki Mərkəzi Stadionunda keçirilən oyun 0:0 hesablı heç-heçə ilə yekunlaşıb.

“Kairat” demək olar ki, bütün oyun boyu bir oyunçu üstünlüklə oynasa da, ilk qələbəsini qazana bilməyib. “Pafos”un futbolçusu Joao Korreya 5-ci dəqiqədə qırmızı vərəqə alaraq meydandan çıxarılıb.

Növbəti turda “Kayrat” Milanın “İnter”i ilə oynayacaq. “Pafos” isə “Vilyarreal”la qarşılaşacaq. Hər iki qarşılaşma noyabrın 5-də baş tutacaq.

İdman.Biz