Warning: opendir(/home/idmanbiz/www/cache/): failed to open dir: No such file or directory in /home/idmanbiz/www/classes/Cache/Lite.php on line 642
Böyük Britaniya hökuməti “Makkabi” azarkeşləri ilə bağlı vəziyyətə müdaxilə edib - İdman və Biz

Böyük Britaniya hökuməti “Makkabi” azarkeşləri ilə bağlı vəziyyətə müdaxilə edib

Xəbərlər
17 Oktyabr 2025 22:38
43
Böyük Britaniya hökuməti “Makkabi” azarkeşləri ilə bağlı vəziyyətə müdaxilə edib

Böyük Britaniyanın yüksək ranqlı hökumət rəsmiləri “Aston Villa” ilə Avropa Liqası matçına gələn “Makkabi Təl-Əviv” azarkeşlərinə qoyulan qadağanın aradan qaldırılması ilə bağlı danışıqlardan sonra bəyanat yayıblar.

Bu barədə İdman.Biz "Give me sport”a istinadən xəbər verir. Oyun noyabrın 6-da “Villa Park”da keçiriləcək.

“Heç kimin sadəcə milli mənsubiyyətinə görə futbol matçına baxmaq hüququndan məhrum olmamalıdır. Hökumət matçın təhlükəsiz və bütün azarkeşlərin iştirakı ilə keçirilməsini təmin etmək üçün polis və digər tərəfdaşlarla mümkün olan hər şeyi edir. Biz bütün azarkeşlərin matça gəlməsini təmin etmək üçün hansı əlavə resurslara və dəstəyə ehtiyac olduğunu araşdırırıq”, - bəyanatda deyilir.

Birminhem klubu tamaşaçıların və yerli sakinlərin təhlükəsizliyi ilə bağlı narahatlıqlarına görə İsrail komandasının azarkeşlərinin beynəlxalq oyuna gəlməsinə qadağa qoymuşdu.

İdman.Biz