Vest Midlend polisinin cinayətkarlıqla mübarizə komissarı Saymon Foster İsrailin “Makkabi Təl-Əviv” klubunun azarkeşlərinin noyabrda Avropa Liqasının Birminhemdə “Aston Villa” ilə keçiriləcək oyununa qadağa qoyulması qərarını dərhal nəzərdən keçirməyə çağırıb.
Bu barədə İdman.Biz “The Athletic”ə istinadən xəbər verir.
Foster qərarın məqsədəuyğun, zəruri, əsaslandırılmış və ağlabatan olub olmadığını müəyyən etmək və mümkün alternativləri nəzərdən keçirmək üçün Birminhem Təhlükəsizlik Məsləhət Qrupu və Vest Midlend polisinin xüsusi iclasını keçirməyi əmr etdi.
“Aston Villa” klubu bundan əvvəl tamaşaçıların və yerli sakinlərin təhlükəsizliyi ilə bağlı narahatlıqlarına görə İsrail komandasının azarkeşlərinin beynəlxalq turnirə qatılmasını qadağan etmişdi.