“Makkabi Təl-Əviv” azarkeşləri Avropa Liqasının 4-cü turunda “Aston Villa”ya qarşı keçiriləcək oyuna gələ bilməyəcəklər.
İdman.Biz bildirir ki, qarşılaşma noyabrın 6-da Birminhemdəki “Villa Park”da keçiriləcək.
“Bu gün günortadan sonra keçirilən iclasdan sonra Təhlükəslik üzrə məşvərət qrupu (SAG) kluba və UEFA-ya qonaqların azarkeşlərinin matça buraxılmayacağı barədə rəsmi məlumat verdi.
Vest Midlənds polisi “SAG”a stadiondan kənarda ictimai təhlükəsizliklə bağlı narahatlıqlar və həmin axşam potensial etirazları idarə edə bilməyəcəyi barədə məlumat verdi.
Klub matça gələn azarkeşlərin və yerli ictimaiyyətin təhlükəsizliyini nəzərə alaraq bu proses boyu “Makkabi Təl-Əviv”lə və yerli hakimiyyət orqanları ilə daimi dialoq aparır”, - İngiltərə klubunun rəsmi saytında bildirilir.