Arda Gülərin La Liqada debütünün vaxtı bilinib

Xəbərlər
8 Dekabr 2023 12:48
1 485
Arda Gülərin La Liqada debütünün vaxtı bilinib

“Fənərbağça”dan “Real”a transfer olunduqdan sonra zədələr səbəbindən İspaniya çempionatında debütü reallaşmayan Arda Gülərin meydana çıxacağı ilk matç bəlli olub.

İdman.biz “AS” nəşrinə istinadən xəbər verir ki, türkiyəli futbolçu La Liqanın 17-ci turunda evdə “Vilyarreal”a qarşı oynayacaq.

Ardıcıl 2 dəfə zədələnən 18 yaşlı yarımmüdafiəçi sağalsa da, Karlo Ançelotti onun fiziki baxımdan tam hazır olmadığını əsas gətirərək son turlarda meydandan kənarda saxlayıb.

Qeyd edək ki, Madrid “Real”ı 15 turdan sonra 38 xalla liderdir. Kral klubu 16-cu turda səfərdə “Betis”in qonağı olacaq.

İdman.biz