DÇ-2026-nın Avropa seçmə mərhələsinin 8-ci turu çərçivəsində keçirilən İtaliya - İsrail oyununa yekun vurulub.
İdman.Biz bildirir ki, oyun Udine şəhərindəki “Blunergi” stadionunda baş tutub. Qarşılaşma 3:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.
45+2-ci dəqiqədə İtaliya yığmasının hücumçusu Mateo Retegi penalti ilə hesabı açıb. 74-cü dəqiqədə Retegi oyunda ikinci qolu vurub. 90+3-də müdafiəçi Canluka Mançini oyunda son nöqtəni qoyub – 3:0.
Bu qrupun digər üzvləri Estoniya və Moldova birincinin meydançasında qarşılaşıblar. Görüş 1:1 hesabı ilə bitib.
Qolları estonlardan 12-ci dəqiqədə Kayt, moldovanlardan isə 64-cü dəqiqədə Bodişteanu vurublar.
Seçmə mərhələnin növbəti turunda İtaliya Moldova ilə qarşılaşacaq (13 noyabr). Həmin gün Estoniya Norveçin qonağı olacaq.