Fransa İslandiyanı məğlub edə bilməyib

Xəbərlər
14 Oktyabr 2025 00:51
29
Fransa İslandiyanı məğlub edə bilməyib

DÇ-2026-nın Avropa seçmə mərhələsinin IV turu çərçivəsində keçirilən İslandiya - Fransa matçına yekun vurulub.

İdman.Biz bildirir ki, oyun Reykyavikdəki “Lauqardalsvöllur” stadionunda baş tutub. Qarşılaşma 2-2 hesabı ilə başa çatıb.

Meydan sahiblərinin qollarını müdafiəçi Viktor Paulsson və hücumçu Kristian Hlinsson vurub. Fransa yığmasının heyətində hücumçular Kristofer Nkunku və Jan-Filip Mateta fərqlənib.

“Göylər”un kapitanı Kilian Mbappe zədə səbəbindən bu oyunda iştirak etməyib.

D qrupunun əvvəlki turunda İslandiya öz meydanında Ukraynaya 3:5 hesabı ilə uduzub, Fransa isə öz meydanında Azərbaycanı 3:0 hesabı ilə məğlub edib.

İdman.Biz