İkinci zərərçəkmiş Asensioya qarşı ittihamlarını geri götürüb

Xəbərlər
12 Oktyabr 2025 00:06
31
İkinci zərərçəkmiş Asensioya qarşı ittihamlarını geri götürüb

“Real Madrid”in müdafiəçisi Raul Asensioya qarşı açılan işdə ikinci zərərçəkmiş ispan futbolçu ilə bağlı cinsi məzmunlu video yaymaq və məxfi məlumatları açıqlamaq ittihamını geri götürüb.

İdman.Biz-in “COPE”yə istinadən verdiyi məlumata görə, digər 3 müttəhimin məhkəməsi davam edir.

Mənbənin sözlərinə görə, azyaşlı zərərçəkmiş Asensionun davranışının digər müttəhimlərdən tamamilə fərqli olduğunu iddia edib. Bundan əlavə, futbolçu “qınağa layiq səhvini” etiraf edərək üzr istəyib və yaşadığı emosional sıxıntıya görə zərəçəkmişə təzminat ödəyib.

Qeyd olunur ki, ittiham aktı təqdim edildikdən sonra Raul Asensio ilə iki zərərçəkmiş arasında barışıq əldə olunduğu üçün prokurorluq hələlik ittihamları ləğv etmək qərarına gəlib. "Real Madrid"in müdafiəçisi, klub sistemindəki digər üç keçmiş oyunçu ilə birlikdə, biri azyaşlı olan iki qızın olduğu açıq-saçıq cinsi məzmunlu videoları icazəsiz qeydə almaqda və yaymaqda ittiham olunur.

İdman.Biz