“Mançester Yunayted”in 31 yaşlı portuqaliyalı yarımmüdafiəçisi Brunu Fernandeş bu mövsüm uğursuz cəhdlərdən sonra penalti zərbələri üzərində işləməli olduğunu deyib.
İdman.Biz-in məlumatına görə, Fernandeş penaltiləri təkmilləşdirəcəyindən əmindir.
“Bu mövsüm üç penaltidən ikisini vura bilmədim. Mən penaltiləri qaçırmaq istəmirəm. Təkmilləşməliyəm. Bunu həmişə tam əminliklə edəcəyəm, çünki məşqçim mənə etibar edir”, - ESPN futbolçunun sözlərindən sitat gətirib.
Portuqaliyalı yarımmüdafiəçinin bu mövsüm komandasının “Fulhem” (1:1) və “Brentford”la (3:1) qarşılaşmalarında penaltiləri vur bilməməsi komandanın İngiltərə Premyer Liqasına çətin başlamasına səbəb olub.