Üçqat “Qızıl top” qalibi və “Yuventus”un keçmiş futbolçusu Mişel Platini VAR-ın tətbiqinə qarşı kəskin çıxış edib.
İdman.Biz bildirir ki, VAR (Video Assistant Referee) sistemi 2018-ci ildə beynəlxalq turnirlərdə bir sıra sınaqlardan sonra təqdim edilib və bütün dünyada geniş şəkildə tətbiq edilib.
“Mən FIFA prezidenti olsaydım, VAR olmazdı. Futbolun problemləri başqa şeylərdir. Futbol insani olmalıdır. Mən VAR-dan yalnız ofsaydları müəyyən etmək üçün istifadə edərdim. Qalan hər şey interpretasiyadır. Ona görə də hakimlərə matçı futbol qanunlarına uyğun şərh etmələrinə icazə verməliyik", - La Gazzetta dello Sport” Platininin sözlərini sitat gətirib.