Killian Mbappe: “Yamaldan əl çəkin”

Xəbərlər
10 Oktyabr 2025 03:35
50
Killian Mbappe: “Yamaldan əl çəkin”

“Real Madrid”in hücumçusu Kilian Mbappe hesab edir ki, insanlar “Barselona”nın vingeri Lamin Yamalın futboldan kənar həyatını həddən artıq müzakirə edirlər.

İdman.Biz bildirir ki, bu mövsüm 18 yaşlı Yamal bütün turnirlərdə beş matçda meydana çıxıb, iki qol vurub və dörd məhsuldar ötürmə edib.

“İnsanlar onun şəxsi həyatı haqqında çox danışırlar. Məncə, ondan əl çəkməlidirlər. O, meydanda əla oyunçudur, amma real həyatda onun cəmi 18 yaşı var”.

Yamalın “Barselona” ilə hazırkı müqaviləsi 2031-ci ilin yayına qədərdir. Transfermarkt-ın məlumatına görə, onun bazar dəyəri 200 milyon avrodur.

İdman.Biz