“Arsenal” türk hücumçu Kənan Yıldıza elçi düşüb

Xəbərlər
9 Oktyabr 2025 22:42
40
“Arsenal” türk hücumçu Kənan Yıldıza elçi düşüb

"Arsenal" hücumçu Kənan Yıldızı almaq üçün "Yuventus"a təklif göndərməyi planlaşdırır.

İdman.biz Radio Radio-ya istinadla xəbər verir ki, London klubu Yıldız üçün 50 milyon avro ödəməyə hazırdır və müqaviləyə hücumçu Qabriel Cesus da daxildir.

Mənbənin məlumatına görə, “Arsenal” belə bir təklifin “Yuventus” üçün cəlbedici olacağına və onu 20 yaşlı hücumçunu satmağa vadar edəcəyinə inanır.

Yıldız bu mövsüm bütün turnirlərdə 12 matçda meydana çıxıb, 5 qol vurub və 6 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir. Transfermarkt portalının məlumatına görə, Yıldızın bazar dəyəri 75 milyon avrodur.

İdman.Biz