“Çelsi” klubu ən bahalı heyətə malikdir.
İdman.biz bildirir ki, Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES) müxtəlif klublara məxsus bütün futbolçuların (o cümlədən icarədə olanların) ümumi dəyərini təhlil edib.
Təhlilə əsasən, İngiltərənin “Çelsi” və “Mançester Siti” klubları, həmçinin “Real Madrid” ilk üçlüyə daxil olublar.
Ən dəyərli 20 klubun siyahısı belədir:
1. “Çelsi” – 1,807 milyard avro
2. “Real Madrid” – 1,684 milyard avro
3. “Mançester Siti” – 1,485 milyon avro
4. “Arsenal” – 1,474 milyon avro
5. PSJ – 1,440 milyon avro
6. “Liverpul” – 1,403 milyon avro
7. “Barselona” – 1,352 milyon avro
8. “Tottenhem” – 1,047 milyon avro
9. “Bavariya” – 934 milyon avro
10. “İnter” – 866 milyon avro.
11. “Brayton” – 830 milyon avro.
12. “Mançester Yunayted” – 820 milyon avro.
13. “Nyukasl” – 809 milyon avro.
14. “Atletiko Madrid” – 780 milyon avro.
15. “Yuventus” – 761 milyon avro.
16. “Aston Villa” – 724 milyon avro.
17. “Nottingem Forest” – 704 milyon avro.
18. “Bayer” - 659 milyon avro.
19. “Milan” – 626 milyon avro.
20. “Ayntraxt Frankfurt” – 594 milyon avro.
“Çelsi” UEFA Çempionlar Liqasında “Qarabağ”ın rəqibidir. Komandalar arasında oyun noyabrın 4-də Bakıda olacaq.