İngiltərə Premyer Liqasının 7-ci turunun “Mançester Yunayted” – “Sanderlend” matçı başa çatıb.
İdman.biz bildirir ki, meydan sahibləri 2:0 hesabı ilə qalib gəlib.
Hesabı səkkizinci dəqiqədə “Mançester Yunayted”li Meyson Mount açıb. Benjamin Şeşko 31-ci dəqiqədə hesab arasındakı fərqi ikiyə çatdırıb.
Bu matçdan sonra “Mançester Yunayted” 10 xalla İngiltərənin liderlər cədvəlində səkkizinci, “Sanderlend” isə 11 xalla altıncı pillədə qərarlaşıb.
Növbəti turda “qırmızı şeytanlar” oktyabrın 19-da “Liverpul”la səfərdə oynayacaqlar, “qara pişiklər” isə oktyabrın 18-də “Vulverhempton”u qəbul edəcəklər.