Özbəkistan millisinə Fabio Kannavaro rəhbərlik edəcək

2 Oktyabr 2025 20:57
222
Özbəkistan millisinə Fabio Kannavaro rəhbərlik edəcək

Fabio Kannavaro Özbəkistan millsinin baş məşqçisi olmağa razılıq verib.

İdman.biz bu barədə insayder Fabrisio Romanoya istinadən məlumat verir.

Özbəkistan millisi 2026-cı ildə tarixində ilk dəfə dünya çempionatında mübarizə aparacaq. Hazırda Özbəkistan millisinin baş məşqçisi Timur Kapadzedir.

Qeyd edək ki, Fabio Kannavaro 2006-cı ildə futbolçu kimi İtaliya millisi ilə dünya çempionatının qalibi olub. Elə həmin il o, “Qızıl top”u qazanıb.

İdman.Biz