“Liverpul”un qapıçısı zədə səbəbindən Premyer Liqanın oyununu buraxacaq

Xəbərlər
1 Oktyabr 2025 08:12
39
“Liverpul”un qapıçısı zədə səbəbindən Premyer Liqanın oyununu buraxacaq

Alisson zədə səbəbindən “Çelsi” ilə növbəti matçı buraxacaq.

İdman.biz bildirir ki, “Liverpul”un qapıçısı Çempionlar Liqasının 2-ci turunda “Qalatasaray”a 0:1 hesabı ilə uduzduqları matçda zədələnib. Onu ikinci hissədə Giorgi Mamardaşvili əvəzləyib.

Mersisayd komandasının baş məşqçisi Arne Slot matçdan sonra elan edib ki, Alisson şənbə günü Premyer Liqanın 7-ci turunun “Çelsi”yə qarşı oyununu buraxacaq.

“Meydançanı belə tərk etmək heç vaxt yaxşı hal deyil. Onun şənbə günü oynamayacağına əmin ola bilərsiniz”, - Slot deyib.

İdman.biz